namazi oyermek isteyenlere!
ΝΑΜΑΖ ΝΕÇΕ QιΙΑQ
Eziz qardash ve bacilar. eger namaz qilmaq isteyirsinizse ve nece qilindigini oyrenmek isteyirsinizse onda bu fayldan oyrene bilersiniz.İslamın beş şərtindən ikincisi namazdır. Namaz hicrətdən bir il yarım sonra “Merac” gecəsində fərz qılınmışdır. İmandan sonra fərzlərin ən önəmlisi sayılan namaz ruhun, qəlbin mənəvi qidası, insanı Allahın hüzuruna ucaldan bir ibadətdir. "Namaz dinin dirəyidir" sözü elə bunu təsdiqləməkdədir. Məhz namaz müsəlmanın günahlarını təmizləyən və onu cənnətə girməyə layiq edən ən üstün ibadət sayılır.
Namazlar neçə qismə bölünür?
Namazlar - Fərz, vacib və nafilə olmaq üzrə üç qismə bölünür:
1. Fərz namazlarının özü də iki hissəyə bölünür:
a) Fərzi-ayn olan namazlar - yetkinlik yaşına çatmış hər bir müsəlmana fərz olan namazlardır. Gündə beş dəfə qılınan namaz və cümə namazı fərzi-ayndır.
b) Fərzi-kifayə olan namazlar - müsəlmanların bəzilərinin qılması ilə digərlərinin üzərindən düşən namazlardır. Məsələn: Cənazə namazı - fərzi-kifayədir.
2. Vacib olan namazlar: Vitr namazı - Ramazan və Qurban bayramı, nəzir, təvaf və pozulan nafilə namazlarının qəzası kimi qılınan namazlardır.
3. Nafilə namazları: Təravih, Günəş və Ay tutulması, Təsbih, İstixarə, Hacət, Təhəccüd, Duha namazları kimi 90-a yaxın namazdır.
Fərz namazları
Ağlı başında olan hər bir müsəlman yetkinlik yaşına çatdığı andan etibarən gün ərzində beş dəfə namaz qılmalıdır. Bu beş namazın hər birinin
özünə xas vaxtları vardır.
Namaz vaxtları və namaz rükətlərinin sayı
1. Sübh namazı:
a) Vaxtı – Dan yeri ağarandan günəş çıxanadək qılınmalıdır. Dan yeri ağarmadan sübh namazı qılınmadığı kimi, Günəş çıxdığı andan etibarən 50 dəqiqə ərzində sübh namazı qılınmaz. Çünki bu günəşə sitayiş edənlərin ibadət vaxtı olduğu üçün bu saatda namaz qılınmaz.
b) Rükət sayı: Sübh namazı 4 rükətdən ibadətdir. Əvvəlcə 2 rükət sünnəti, daha sonra isə 2 rükət fərzi qılınır.
2. Zöhr namazı:
a) Vaxtı: Günəş zenit nöqtəsindən (tam ortadan) qüruba meyl etməyə başladığı andan etibarən hər şeyin kölgəsinin iki misli olduğu anadək qılınır.
Günəş tam ortada-zenit nöqtəsində ikən, namaz qılmaq məkruhdur. Zöhr namazının başladığı ana 45 dəqiqə qalmış kərahət vaxtı başlanmış
28
sayılır.
b) Rükət sayı: Zöhr namazı 10 rükətdir. Öncə 4 rükət-ilk sünnəti, sonra
4 rükət-fərzi, daha sonra isə 2 rükət-son sünnəti qılınır.
3. Əsr namazı:
a) Vaxtı: Zöhr namazının çıxdığı andan etibarən əsr namazının vaxtı başlayır. Günəş batanadək qılına bilər. Lakin günəşin batdığı anadək əsr namazını gecikdirmək bəyənilmir.
b) Əsr namazı 8 rükətdir. Öncə 4 rükət sünnəti, daha sonra isə 4 rükət fərzi qılınır.
4. Məğrib (axşam) namazı:
a) Vaxtı: Günəş tam batdığı andan, qürubdakı qırmızı şəfəq yox olan zaman içərisində qılınır.
b) Məğrib namazı 5 rükətdir. Əvvəlcə 3 rükət axşam namazının fərzi, ardınca isə 2 rükət sünnəti qılınır.
5. İşa (gecə) namazı:
a) Vaxtı: axşam namazının vaxtı qurtaran kimi işa namazının vaxtı başlayır. İşa namazı Sübh namazının vaxtı başlanan anadək qılına bilər.
b) Rükət sayı: Vitr namazı ilə birlikdə 13 rükətdir. Öncə 4 rükət sünnət, sonra 4 rükət fərz, 2 rükət son sünnət və 3 rükət vitr namazı qılınır.
Qeyd: Hər namaz öz vaxtı içində qılınmalıdır. Üzrlü bir səbəbdən ötrü öz vaxtında qılınmayan namaz, başqa bir namazın vaxtında da qəza edilə bilər. Camaatla qılınan namaz təkbaşına qılınan namazdan 17 dəfə fəzilətlidir.
Rükət nə deməkdir?
Bir namazda təkbir (Allahu Əkbər), qiyam, qiraət, rüku və 2 səcdədən meydana gələn qism “1 rükət” adlanır. Bu, ikinci dəfə təkrarlanarsa ikinci rükət, 3-4-cü dəfə təkrarlandıqda isə üçüncü və dördüncü rükət adlanır.
Kərahət vaxtları hansılardır?
(Hansı vaxtlarda ibadət etmək olmaz)
Günəş doğarkən, tam ortada (zenitdə) ikən və batarkən fərz, vacib və nafilə namazlar qılınmaz. Ancaq Cənazə namazı, tilavət səcdəsi və başlanmış olan nafilə namazlar məkruh olsa da qılına bilər.
29
Qeyd: Gün ərzində qılınan namazların 17 rükəti fərzdir. Fərzlər tərk edilməməli, mütləq qılınmalıdır. Sübh namazının 2 rükəti, zöhr namazının 4 rükəti, əsr namazının 4 rükəti, axşam namazının 3 rükəti və işa namazının 4 rükəti fərzdir. İşa namazından sonra qılınan Vitr namazı vacibdir. Vacib namaz da mütləq qılınmalıdır.
Gündə 5 dəfə qılınan sünnət namazlar isə 20 rükətdir. Sübh, zöhr və axşam namazlarının sünnətləri ilə, işa namazının son sünnəti müəkkəd sünnətdir, yəni Peyğəmbərimiz (sav) hər zaman bunları istisnasız qılmışdır.
Əsr və İşa namazlarının fərzlərindən öncə qılınan sünnətlər isə qeyri- müəkkəd sünnətlərdir. Yəni Peyğəmbərimiz (sav) bunları qılmaqla yanaşı, qılmadığı zamanlar da olmuşdur.
Ümumiyyətlə, sünnət namazları qılmaqda böyük savab vardır. Digər tərəfdən Sünnət namazlarını qılmamaq da olar. Lakin Peyğəmbərimizin sünnətinə qarşı çıxmamaq və onun şəfaətindən məhrum olmamaq üçün hər bir sünnətinə əməl etməyə səy göstərməliyik. Allah Rəsulu (sav) bir hədisində: “Sünnətimi tərk edən məndən deyildir” - deyə buyurmaqdadır.
Namazın fərzləri
Namazın 12 fərzi vardır. Bu fərzlərdən biri yerinə yetirilməzsə, namaz pozular. 12 fərzdən 6-sı namazdan öncədir. Digər 6 fərz isə namazın içindədir və “Namazın rükünləri” adlanır. Gəlin birlikdə bu 12 fərzə nəzər salaq.
1. Hədəsdən təharət: Gözlə görülməyən (mənəvi) pisliklərdən, nəcasətdən (yəni dəstəmazı olmamaq, cünub, heyz və ya nifas olmaq) təmizlənmək.
Hədəsdən təharət olmadıqca namaz qılınmaz. Ona görə də ya dəstəmaz almaq gərəkdir, ya da qüsl etmək və ya təyəmmüm etmək lazımdır.
2. Nəcasətdən təharət: Gözlə görünən nəcasətdən təmizlənmək. Bu cür nəcasət namaz qılanın nə bədənində, nə də paltarlarında olmalıdır.
3. Övrət yerinin örtülməsi: İnsanın bədənində başqalarının görməsi doğru olmayan yerlərin-övrət yerlərin örtülməsi deməkdir.
Kişilərin övrət yerləri göbəkləri ilə dizləri arasındakı yer sayılır. Qadınların övrət yeri isə üzləri, əlləri və ayaqları çıxmaq şərti ilə bütün bədənidir.
30
Övrət yerləri örtülmədən namaz qılınmaz. Saçıaçıq, boynu görünən və ya hicabsız halda namaz qılmaq olmaz.
4. Qibləyə doğru dönmək:
Namaz qılarkən Kəbəyə doğru dönmək qibləyə dönməkdir. Qibləni bilməyən şəxs öncə biləndən soruşmalı, araşdırmalı və namazını qılmalıdır.
5. Vaxt: Fərz və vacib namazları öz vaxtlarında qılmaq lazımdır. Bu namazlar vaxtlarından öncə qılına bilməz. Əgər qılınarsa, öz vaxtları girincə yenidən qılınmalıdır. Vaxtı çıxmış namaz qəza edilir. Üzrlü səbəb olmadan namazı qəzaya saxlamaq günahdır.
6. Niyyət: Niyyət fərzdir. Namaza başlamadan öncə dünya ilə əlaqə kəsilməli, ağıl və fikir namaz üzərində toplanmalıdır. Niyyət edərkən aşağıdakılara riayət olunmalıdır:
a) Əlləri aşağı salınmış vəziyyətdə saxlamalı.
b) Ayaqlar bir-birinə paralel şəkildə və aralarında dörd barmaq məsafədə yan-yana olmalıdır.
c) Gözlər səcdə ediləcək yerə dikilməlidir. Bundan sonra qılınacaq namaz üçün niyyət edilir və təkbir “Allahu Əkbər” deyilir.
7. Başlanğıc təkbiri: Namaz başlanan anda edilən təkbirdir. Kişilər namaza başlarkən əllərin içi (ovuclar) qibləyə tərəf olduğu halda, qulaqlara doğru qaldırılır, baş barmaqlar qulaq məməciklərinə toxundurulur.
Özü eşidəcək bir səslə “Allahu Əkbər” deyib, əlləri aşağı endirərək göbəyinin altında bağlayır. Bu sünnətdir.
Əllər necə bağlanır?
Öncə sol əl göbəyin altına və ya üstünə qoyulur. Ardınca sağ əlin baş və çeçələ barmağı sol əlin biləyini halqa kimi tutur. Sağ əlin ortasındakı 3
31
barmaq sol biləyin üzərində qola doğru açıq vəziyyətdə saxlanılılır.
Qadınlar isə niyyət edərkən ovuc içləri qibləyə tərəf olduğu halda, əlləri ancaq çiyinlərə qədər qaldırırlar. (bundan artıq qaldırılmaz).
Ardınca isə yavaş səslə: “Allahu Əkbər” deyib, sağ əli sol əl üstdə sinəsi üzərinə qaldıraraq qoyurlar.
Qeyd: Əllər sinə üstə qoyulduqdan sonra, gözlər səcdə yerinə dikilir.
8. Qiyam: Namazda ikən ayaq üstə durmaq deməkdir. Kişilər və qadınlar başlanğıc təkbirində qeyd edilən şəkildə dururlar. Üzürlü səbəb yoxdursa, fərz və vacib namazları ayaq üstə qılmaq lazımdır. Sünnət və nafilə namazlar isə oturaq vəziyyətdə də qılına bilər. Ancaq ayaq üstə duraraq
namaz qılmağın savabı daha çoxdur. Qiyamda ikən gözlər səcdə yerinə dikilməli, bel dik tutulmalıdır. Xəstəlik və ya üzrlü səbəbə görə ayaq üstə namaz qıla bilməyənlər oturaq halda, buna da gücü çatmayanlar böyrü üstə və ya beli üstə uzanaraq ima (işarə) ilə namazlarını qıla
32
bilərlər.
9.Qiraət: Qiyamda (ayaq üstə) ikən Qurani-Kərim oxumaq deməkdir. Oxuyarkən səs, eşidiləcək səviyyədə olmalıdır. Qadınlar daha yavaş səslə oxumalıdırlar.
Qiraət əsasında Fatihə oxumaq vacibdir. Çünki Peyğəmbərimiz (sav) hədisdə: “Fatihəsiz namaz olmaz” deyə buyurmaqdadır. Fatihədən sonra isə kiçik surələrdən biri və ya bir neçə ayət oxunması vacibdir.
“Namaza başlarkən Sübhanəkə oxumaq və Əuzu-Bismillah demək sünnətdir. Fatihə oxunduqdan sonra “amin” demək də sünnətdir.
10. Rüku: Qiraətdən sonra “Allahu Əkbər” deyərək, əllər dizlərə çatacaq
şəkildə əyilməyə rüku deyilir. Namazda rüku fərz, “Allahu Əkbər” demək isə sünnətdir. Kişilər rüku edərkən dizləri bükülür, əl barmaqları açıq olduğu halda dizləri üstünə qoyulur. Bu zaman topuqlar bir-birinə yaxın olmalı, gözlər isə ayaqlara dikilməlidir. Bu, sünnətdir.
Qadınlar kişilərə nisbətən rüku edərkən az əyilməli, əllərini diz qapaqlarına toxundurmaqla kifayətlənməlidirlər. (Kişilər kimi qadınlar ovuclarını diz qapaqlarına qoymamalıdırlar).
Rükuda 3-5 dəfə: “Sübhanə Rabbiyəl Azim” demək sünnətdir. Rükudan qalxarkən “Səmiallahu limən Hamidəh” - deyilir (Allah həmd edənləri eşidir), tam dikəldikdən sonra isə “Rəbbənə ləkəl-həmd” (Ey Rəbbimiz, həmd, şükür sənə məxsusdur) - dedikdən sonra “Allahu Əkbər” deyərək səcdə edilir.
33
11. Səcdə: Rükudan sonra ayaq, diz və əllərlə yanaşı, alnı (burnu) yerə toxundurmaq səcdə adlanır. Hər rükuda 2 dəfə səcdə etmək fərzdir. Səcdə edərkən öncə dizlər yerə qoyulur, sonra isə əl barmaqları bitişik vəziyyətdə qulaqların yanına qoyulur. Səcdədə olarkən alın, burun, əl və ayaq barmaqları yerə toxunmalıdır. Kişilər səcdə edərkən dizləri bədənə yapışdırmamalı, qarından aralı tutmalıdırlar.
Qadınlar isə əksinə, dirsəkləri yanlara bitişik vəziyyətdə tutmalıdırlar.
Qeyd: Səcdə vaxtı gözləri yummaq olmaz. Buruna doğru baxmaq lazımdır. Səcdə anında ayaqlar yerdən qaldırılmamalıdır. Bir ayaq qaldırılsa, məkruh (bəyənilmir), iki ayaq qaldırılsa, namaz batil olur. Səcdədə olarkən 3-5 dəfə “Sübhanə Rabbiyəl-Ala” demək lazımdır. Daha sonra “Allahu Əkbər” deyilir və səcdədən qalxaraq ayaqlar üstə oturmaq
lazımdır. Yenidən “Allahu Əkbər” deyərək səcdə edilir. Hər iki səcdəni bir-birinin ardınca etmək lazımdır. Bu səcdədə də yenə 3-5 dəfə “Sübhanə Rabbiyəl-Ala” dedikdən sonra “Allahu Əkbər” deyərək, yenidən ayağa qalxmaq lazımdır. Səcdədən qiyama qalxarkən öncə üz, sonra əllər, daha sonra isə dizləri qaldırmaq sünnətdir.
12. Son oturuş:
Namazın sonunda “Ət-Təhiyyatu” duasını oxuyub qurtaranadək oturmaq-namazın son oturuşu adlanır. Buna ərəbcə “qadə axira” deyilir.
3 və 4 rükətli namazların 2-ci rükətindəki oturuşa isə, “qadə ulə” - ilk oturuş deyilir. Bu oturuşda da “Ət –Təhiyyatu” duasını oxumaq vacibdir.
Son oturuşda isə “Ət-Təhiyyatu” duasını oxumaq vacib olduğu halda, bu müddətdə oturmaq fərzdir.
Son oturuş şəkli necə olmalıdır?
Kişilər sol ayağı üzərində oturmalı, sağ ayaq barmaqlarını isə yerə dirəyib qibləyə yönəlmiş halda dik tutmalıdırlar. Bu zaman əllər dizlər
34
üzərinə qoyulur. Barmaqlar təbii halda nə çox açıq, nə də çox birləşdirilir. Gözlər isə qucağa dikilir.
Qadınlar isə kişilərdən fərqli olaraq, hər iki ayaqlarını oturaq halda yerə -sağa tərəf uzatmalıdırlar. Bu zaman əllər diz üstə qoyulur, gözlər qucağa (sinəyə) dikilir.
• Son oturuşda “Ət-Təhiyyat”, “Allahümmə salli”, “Allahümmə barik”, “Rabbənə atina” duaları oxunur.
• “Ət-Təhiyyatu” da “La ilahə” kəlməsini deyən zaman sağ əlin şəhadət barmağını qaldırmaq, “İllallah” deyərkən isə endirmək sünnətdir.
Qeyd: Şəhadət barmağı qaldırılarkən baş barmaqla orta barmaq halqa şəklində bir-birinə bitişdirilir.
13.Salam Vermək:
Son oturuş zamanı dualar oxunduqdan sonra öncə baş sağ tərəfə çevrilir və “Əs-səlamu aleykum və rəhmətullah” deyilir. Daha sonra baş sol tərəfə çevrilir və eyni şəkildə “Əs-səlamu aleykum və rəhmətullah” deyilir. Beləliklə də namaz bitmiş sayılır.
Qeyd: Sağ tərəfə salam verərkən sağ çiyinə, sol tərəfə salam verərkən sol çiyinə baxmaq lazımdır. Namazın sonunda salam vermək vacibdir.
Namaz əsnasında
• Başqalarının yanına çıxa bilmədiyin paltarda namaz qılmaq,
35
• Üstündə şəkil olan paltarda namaz qılmaq,
• Qısa qollu köynəkdə namaz qılmaq,
• Namaz əsnasında fikrin başqa yerdə olması,
• Yuxulu halda namaz qılmaq,
• Ayaq yolu ehtiyacı olduğu halda namaz qılmaq,
• İnsanların keçdiyi yolda namaz qılmaq,
• Oda, sobaya, atəşə tərəf namaz qılmaq,
• Qəbirə qarşı namaz qılmaq,
• Güzgü qarşısında namaz qılmaq,
• Namazda gəyirmək və əsnəmək, (belə hallarda insan özünə hakim olmalı, əlinin tərsi ilə ağzını yummalıdır)
• Ayağı qaldırmaq,
• Təri silmək,
• Barmaq şaqqıldatmaq,
• Namazda gözləri yummaq,
• Sağa-sola baxmaq,
• Camaatla namaz qılarkən ön səfdəki boş yeri buraxıb, arxa səfdə durmaq məkruhdur (bəyənilmir).
Qeyd: Namaz qılarkən burun qanaması və ya namazı pozan başqa hallarla qarşılaşarkən, namaz pozulmuş sayılır. Bu halda dəstəmaz alıb namaz yenidən qılınmalıdır. Namaz qılarkən qəflətən hal pisləşərsə, bu zaman yerə oturub namaza bu şəkildə davam etmək olar.
Baxış sayı:221
Noyabr 29, 2007 17:38, HAQQ YOLU,
Bölməsiz
