Kişilərə qızıl gəzdirmək ziyandır
Məlumdur ki, Muhəmməd Peyğəmbər (s) hədislərində kişilərə qızıl gəzdirməyi qadağan etmiş, qadınlara isə icazə vermişdir. Bu yaxınlarda alimlər həmin qadağanın izahını vermişlər. Onların fikrincə qızıldan olan nişan üzüyü sağlamlığımıza kifayət qədər ciddi təsir göstərir. Kişilərə qızıl üzüyü daim gəzdirmək olmaz. Çünki qiymətli metal vaxt keçdikcə oksidləşir və kimyəvi reaksiya məhsulları əmələ gətirir. Bu isə kişilərin cinsiyyət vəzilərinə mənfi təsir göstərir. Cinsiyyət vəzilərinin fəaliyyətini, əyarından asılı olmayaraq, bir milliqram qızıl oksidi də pozur. Maraqlı odur ki, qızılın mənfi təsiri qadınlara
aid deyildir. Alimlər bunu qadın orqanizminin hormonal və cinsiyyət sisteminin xarici təsirlərdən yaxşı müdafiə olunması ilə izah edirlər.
Lakin qızıl üzüyün orqanizmə təsirinin digər mexanizmi də var. Məlumdur ki, barmaqlarda xeyli sinir ucları cəmlənmişdir. Təbii ki, üzüyü taxarkən sinir impulslarının ötürülməsinə fiziki təsir göstəririk. Bu baxımdan dar üzüklərin taxılması xüsusilə təhlükəlidir. Ümumiyyətlə, belə üzüklərin taxılması osteoxondroz və radikulit xəstəlikləri doğurur. Orta barmaqda narahat üzük gəzdirmək ateroskleroz və hipertoniyaya gətirib çıxarır, çeçələ barmağın yüklənməsi isə onikibarmaq bağırsağın patalogiyası ilə nəticələnir.
Alimlərin fikrincə, qızıl nişan üzükləri qadın orqanizminə tənzimləyici təsir göstərir və burada baş verən prosesləri fəallaşdırır. Mütəxəssislər qadınlara qızıl əşyaları zəiflik hiss olunduğu vaxtlarda gəzdirməyi məsləhət görürlər. Bundan əlavə, ürək xəstəliklərindən, hipertoniyadan əziyyət çəkən xanımlara qızıl çox xeyirlidir. Gümüş gəzdirmək isə təzyiqdən şikayətlənən qadınlar üçün məsləhət deyildir.

Şərhlər(0)