LƏNƏT YAĞDIRAN
عن أبى الدرداء قال قال النبي صلى الله عليه وسلم إن اللعانين لا يكونون يوم القيامة شهداء ولا شفعاء
Əbu Dərda (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Lənət yağdıranlar Qiyamət günü nə şahid, nə də şəfaətçi olarlar”.
[ Səhihdir ]
عن أبى هريرة قال قال النبي صلى الله عليه وسلم لا ينبغي للصديق أن يكون لعانا
Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Doğru danışan adama kimisə lənətləmək yaraşmaz”.
[ Səhihdir ]
عن حذيفة قال ما تلاعن قوم قط إلا حق عليهم اللعنة
Huzeyfə (r.a) dedi: “Bir-birini lənətləyən elə bir qövm yox¬dur ki, onların hamısına lənət olmasın”.
[ İsnadı səhihdir ]

Şərhlər(0)