Gozel bir hedis
Qəbisə ibn Burma əl-Əsədi (r.a) rəvayət edir ki, mən Peyğəmbərin (s.a.s) yanında ikən onun belə dediyini eşitdim: “Dünyada yaxşılıq edənlər Axirətdə xeyirə nail olar, dünyada pislik edənlər isə Axirətdə bəlaya düçar olarlar”.
[ Səhih li-ğeyrihi ]
Hərmələ ibn Abdullah (r.a) rəvayət edir ki, mən Peyğəmbə¬rin (s.a.s) yanına gəldikdə o məni tanıdı. Çıxıb getdikdə mən öz-özümə dedim: “Allaha and olsun ki, elmim artana qədər mən Peyğəmbərin (s.a.s) yanına gələcəyəm. Sonra mən gəlib onun önündə dayandım və: “Mənə nə əməl etməyi buyurursan?”- dedim. O dedi: “Ey Hərmələ! Yaxşılıq et və pislikdən əl çək!” Sonra mən miniyin yanına qayıtdım. Daha sonra yenə ona yaxın bir yerdə dayanıb dedim: “Ey Allahın elçisi! Mənə nə əməl etməyi buyurursan?” O dedi: “Ey Hərmələ! Yaxşılıq et və pislikdən əl çək! Bax, camaat yanından qalxdığın zaman (əməlinə görə) onlardan xoşagələn sözlər eşitsən, onu yerinə yetir, həmçinin camaat yanından qalxdıqda (əməlinə görə) onlardan xoşagəlməyən sözlər eşitsən, ondan əl çək”. Mən geri dönərkən düşünərək gördüm ki, onlar bunun hər ikisini edirlər”.
[ Zəifdir ]
Mu'təmir rəvayət edir ki, mən atama Əbu Osmanın Salman¬dan (r.a) eşitdiyi hədisi danışdım: “Axirətdə xeyrə nail olanlar məhz dünyada yaxşılıq edənlərdir”. Mən Əbu Osmanın Salmandan (r.a) bu hədisi rəvayət etdiyini eşitdim və başa düşdüm ki, bu, onun danışdığı kimidir. Mən bu hədisi heç vaxt heç kəsə danışmadım.
[ Səhihdir ]
(.....) – Buna bənzər hədisi Əbu Osman Peyğəmbərdən (s.a.s) də rəvayət etmişdir.

Baxış sayı:98
Mart 5, 2008 13:50, HAQQ YOLU,
HƏDİSLƏR